Quantum haqqında
Quantum 1995-ci ildən «Time to Be Brave», yəni «Cəsarətli olmaq zamanıdır» şüarı ilə saat hazırlayır. Biz onun Azərbaycanda rəsmi distribütoruyuq.
Tənqidi eşidən brend
Quantum qapalı qapılar arxasında dizayn edilən brend deyil. O, saat həvəskarlarını və kolleksionerləri dinləyir. Tənqidçilər və izləyicilər yazdı ki, bu səviyyədə avtomatik saatda mütləq safir şüşə olmalıdır. Quantum çatışmayanı düzəltdi: yeni modellər cızılmaya davamlı safir şüşə və yapon mexanizmi ilə gəlir.
Saatın içində nə var
Avtomatik modellərin ürəyi Citizen qrupunun Miyota 82S7 mexanizmidir, güc ehtiyatı 42 saatdır. Korpus paslanmayan poladdandır; idman modellərində polad və alüminium «sandviç» kimi qat-qat yığılır.
Azərbaycanda rəsmi satış
Saatları birbaşa brenddən gətiririk. Hər biri orijinal qutuda, zəmanət sertifikatı ilə satılır və 2 il rəsmi zəmanətlə qorunur.
- 1995
- brendin yarandığı il
- 42 saat
- Miyota 82S7 güc ehtiyatı
- 2 il
- rəsmi zəmanət
- 24 saat
- Bakıda çatdırılma